“Qanunun Gücü” MMC-nin təsisçisi Kənan Sivas iki ali təhsilə, 18 illik dövlət sektorunda maliyyə və hüquq üzrə praktik təcrübəyə, həmçinin peşəkar inkişafı təsdiqləyən çoxsaylı sertifikatlara malikdir. O, Amerika Psixoloqlar Assosiasiyasının (APA) üzvü olaraq, hüquqi yanaşmanı insan faktoru və qərarvermə psixologiyası ilə birləşdirən müasir xidmət modelini formalaşdırıb. Şirkət hər bir şəxsin və biznesin peşəkar hüquqi və maliyyə xidməti alması, proseslərdə itki və risklərin azalması, çətinliklərin isə dəqiq analiz və strategiyanın gücü ilə həll olunması məqsədi ilə təsis edilib.